İsrail: "Oman öz hava məkanını İsrail təyyarələri üçün açıb"

İsrail: \"Oman öz hava məkanını İsrail təyyarələri üçün açıb\"
Dünya 23 Fevral 2023 22:50

İsrail administrasiyası Omanın hava məkanını İsrail hava yollarına açdığını açıqlayıb.

Sitat.info xəbər verir ki, İsraillə bəzi ərəb ölkələri arasında normallaşma davam edir. İsrailin xarici işlər naziri Eli Koen verdiyi açıqlamada Körfəz ölkəsi Omanın hava məkanını İsrail təyyarələri üçün açdığını bildirib. Qərarın ABŞ-ın vasitəçiliyi ilə alındığını bildirən nazir Koen bildirib: "Bu, İsrail iqtisadiyyatı və İsrailli turistlər üçün əhəmiyyətli və tarixi bir qərardır".

Koen, qərarla İsraildən Asiyaya səyahət müddətinin qısalacağını, uçuş xərclərinin azalacağını və İsrail şirkətlərinin daha rəqabətli olacağını vurğulayıb.

Məğrur

Sitat.info