Alman nazirləri zəlzələ bölgəsində

Alman nazirləri zəlzələ bölgəsində
Dünya 22 Fevral 2023 10:28

Almaniyanın xarici işlər naziri Annalena Baerbok və daxili işlər naziri Nensi Freyzer Türkiyədə zəlzələdən zərər çəkmiş şəhərlərdə araşdırmalar aparıb.

Sitat.info xəbər verir ki, Kahramanmaraş, Pazarcıkda çıxış edən Baerbock, "Fəlakətin miqyasını gördüyünü və dəstəyinin davam edəcəyini" ifadə edərək, ölkəsinin Suriya və Türkiyədə zəlzələdən zərər çəkənlərə 50 milyon avro əlavə yardım edəcəyini açıqlayıb. Beləliklə, Almaniyanın zəlzələ üçün dəstəyi 108 milyon avroya çatıb.

Seymur Bənnayev

Sitat.info