Xerson atəşə tutuldu - Ölən və yaralananlar var

Xerson atəşə tutuldu - Ölən və yaralananlar var
Dünya 21 Fevral 2023 16:23

Rusiya ordusu Ukraynanın Xerson şəhərini raket atəşinə tutub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Xerson vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin açıqlayıb. 

Şəhərdə təqribən 20 partlayışın baş verdiyi bildirilir. İlkin məlumata görə, avtobus dayanacağının atəşə tutulması nəticəsində 6 nəfər həlak olub. Bununla yanaşı, çox sayda yaralının olduğu qeyd olunur.