Pentaqon Ukraynaya 460 milyon dollarlıq növbəti hərbi yardım paketini açıqlayıb

Pentaqon Ukraynaya 460 milyon dollarlıq növbəti hərbi yardım paketini açıqlayıb
Dünya 20 Fevral 2023 23:39

Birləşmiş Ştatlar administrasiyası Ukraynaya daha 460 milyon dollarlıq hərbi yardım paketi göndərir.

Sitat.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun yaydığı yazılı bəyanatda deyilir.

Buraya hava nəzarəti radarları, tank əleyhinə "Javelin" raket sistemləri və "HIMARS" reaktiv buraxılış sistemləri üçün artilleriya mərmiləri daxildir.

ABŞ dövlət katibi Entoni Blinken son hərbi yardım paketi ilə bağlı yaydığı yazılı açıqlamada ölkənin enerji sisteminin bərpası üçün Ukraynaya əlavə 10 milyon dollar ayrıldığını açıqlayıb.