Blinken: Bayden administrasiyasının F-16 təchizatına dəstəyi davam edir
ABŞ dövlət katibi Blinken, Bayden administrasiyasının Türkiyəyə F-16-ların tədarükünə dəstəyinin davam etdiyini bildirib.
Mətbuat nümayəndələrinin suallarını cavablandıran ABŞ dövlət katibi Blinken bildirib: "Bayden administrasiyasının Türkiyəyə F-16-ların tədarükü ilə bağlı dəstəyi davam edir. Prezident Baydenin dediyi kimi, Türkiyə və NATO-nun birgə əməliyyat qabiliyyəti bizim üçün hər zaman vacibdir."
İsveçin NATO-ya üzvlük prosesi ilə bağlı Blinken bildirib ki, Türkiyənin cənub sərhədi ilə bağlı əsl təhlükəsizlik narahatlıqlarını anlayırıq. Bir NATO ölkəsinin terrora dəstək verməsi düzgün deyil.
Seymur Bənnayev
Sitat.info