Zelenski: Rusiya fövqəladə itkilər verir

Zelenski: Rusiya fövqəladə itkilər verir
Dünya 20 Fevral 2023 09:59

Ukrayna prezidenti Vladimir Zelenski, Rusiya qüvvələrinin Donbass bölgəsində fövqəladə itkilər verdiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski açıqlamasında, Rusiya qüvvələrinin fövqəladə itkilər verdiyini bildirərək: "Vəziyyət çox mürəkkəbdir və biz döyüşürük. İşğalçıları məğlub edir və Rusiyaya fövqəladə itkilər verdiririk",- deyib.

Ukraynanın Donbass bölgəsində aylardır münaqişələrin şiddətləndiyi bir neçə şəhərə toxunan Zelenski bildirib ki, Rusiya orada, Baxmut, Vuhledar, Marinka, Kreminna, Donbassda nə qədər çox itki verərsə, bu müharibəni bir o qədər tez bitirə bilərik.

Seymur Bənnayev

Sitat.info