Rusiya Xerson vilayətini atəşə tutub, 3 nəfər ölüb, 4 nəfər yaralanıb

Rusiya Xerson vilayətini atəşə tutub, 3 nəfər ölüb, 4 nəfər yaralanıb
Dünya 19 Fevral 2023 15:36

Rusiya Ukraynanın Xerson vilayətinin Berislav rayonunun Burqunka kəndini atəşə tutub.

Sitat.info xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Adminsitrasiyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində ümumilikdə bir ailənin 3 üzvü həlak olub. Yaralananların sayı isə 4 nəfərdir. Onlardan ikisi 8 və 10 yaşlı uşaqlardır.