Rusiya 5 istiqamətdə hücuma keçdi

Rusiya 5 istiqamətdə hücuma keçdi
Dünya 18 Fevral 2023 10:28

Rusiya Silahlı Qüvvələri Ukraynaya hazırda əsas beş istiqamətdən hücuma keçib.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Düşmən əsas səylərini Kupyanski, Limanski, Baxmutski, Avdeyevski və Şaxtyorsk istiqamətlərində hücum əməliyyatları keçirməyə yönəldir”, - məlumatda qeyd edilir.