ABŞ-da körpülər qırmızı və ağ rənglərlə işıqlandırılıb

ABŞ-da körpülər qırmızı və ağ rənglərlə işıqlandırılıb
Dünya 14 Fevral 2023 12:36

ABŞ-ın Massachusetts əyalətinin paytaxtı Bostondakı simvolik körpülər Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Türkiyəyə dəstək olmaq üçün qırmızı və ağ rənglərlə işıqlandırılıb.

Sitat.info xəbər verir ki, Kahramanmaraşda baş verən 7,7 və 7,6 ballıq zəlzələlərdən sonra Türkiyəyə dəstək mesajları gəlməyə davam edir.

Türkiyənin Boston Baş Konsulluğu tərəfindən edilən paylaşımda bildirilib: "Bostondakı simvolik körpülər zəlzələ səbəbilə bayrağımızın rəngləri ilə işıqlandırıldı. Bu həmrəyliyə görə təşəkkür edirik".

Məğrur

Sitat.info