Suriyada İŞİD-in hücumu nəticəsində ölən və yaralananlar var

Suriyada İŞİD-in hücumu nəticəsində ölən və yaralananlar var
Dünya 12 Fevral 2023 15:41

Suriyada İŞİD-in hücumu nəticəsində azı 4 nəfər ölüb, 10 nəfər yaralanıb.

Sitat.info SANA agentliyinə istinadən xəbər verir ki, hücumun hədəfi Palmiradan 70 km cənubda göbələk toplayan yığan bir qrup mülki şəxs olub.

Ölənlər arasında bir qadın da var.

Bütün zərərçəkənlər Homs şəhərində xəstəxanaya yerləşdiriliblər.