Adıyamanda bir nəfər zəlzələdən 104 saat sonra xilas edilib
Episentri Kahramanmaraşda olan zəlzələlərdən zərər çəkən Adıyamanlı bir nəfər 104 saat sonra dağıntılar altından xilas edilib.
Səsi eşidən qruplar diqqətlərini dağıntılara yönəldib və dağıntılar altında qalan 60 yaşlı Eyyub Akla əlaqə saxlayıb. 12 saat davam edən iş nəticəsində Eyyub Ak yaralı olaraq dağıntılar altından çıxarılıb.
Zəlzələdən 104 saat sonra dağıntılar altından çıxarılan şəxs təcili yardımla xəstəxanaya aparılıb.
Səid,
Sitat.info