Şolts: “Aİ Rusiyaya qarşı sanksiyaları gücləndirəcək”

Şolts: “Aİ Rusiyaya qarşı sanksiyaları gücləndirəcək”
Dünya 08 Fevral 2023 17:06

“Avropa İttifaqı (Aİ) yaxın gələcəkdə Rusiyaya qarşı sanksiyaları gücləndirəcək”.

Sitat.info xəbər verir ki, bunu Almaniyanın kansleri Olaf Şolts Bundestaqda çıxışı zamanı deyib.

“Müharibənin başlanmasının ildönümü ərəfəsində Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları daha da gücləndirəcək”, - o bildirib.

Almaniya kanslerinin sözlərinə görə, bu, Rusiya tərəfinə onun Ukrayna ilə bağlı niyyətlərinin uğurlu olmadığına dair “aydın siqnal” olacaq.