Ukraynada yeni daxili işlər naziri təyin edilib

Ukraynada yeni daxili işlər naziri təyin edilib
Dünya 07 Fevral 2023 17:05

Ukraynada İqor Klimenko daxili işlər naziri, Vasil Malyuk isə Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəhbəri təyin edilib.

Sitat.info xəbər verir ki, Ukrayna parlamenti, daxili işlər nazirinin müavini İqor Klimenkonun Daxili İşlər Nazirliyinə, Vasil Malyukun isə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilməsinə razılıq verib.

Son 4 ildə Ukrayna polisinin rəisi vəzifəsində çalışan 51 yaşlı Klemenko, daxili işlər naziri Denis Monastirskinin yanvar ayında baş vermiş helikopter qəzasında həlak olmasından sonra daxili işlər nazirinin müavini vəzifəsində çalışırdı.

Malyuk ötən ilin iyulunda SBU-nun sədri İvan Bakanovun vəzifəsindən azad edilməsindən sonra SBU-nun rəhbəri vəzifəsini müvəqqəti icraçısı təyin edilmişdi.

Məğrur

Sitat.info