Bu ölkələrdə quş qripi aşkarlandı

Bu ölkələrdə quş qripi aşkarlandı
Dünya 06 Fevral 2023 23:59

Slovakiya və Nepalda H5N1 yoluxucu quş qripi virusunun aşkar edilib.

Sitat.info xəbər verir ki, bu haqda Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı (DWHO) açıqlama yayıb.

Təşkilatın verdiyi açıqlamada Slovakiyanın səhiyyə orqanlarının ölkənin qərbindəki Qalanta şəhəri yaxınlığındakı fermada yoluxucu H5N1 quş qripi virusunu aşkar etdiyi və 5665 ev quşundan 1530-unun tələf olduğu bildirilib.

Həmçinin, Nepalın paytaxtı Katmandu yaxınlığındakı bir fermada yoluxucu H5N1 quş qripi virusunun təsbit edildiyini və 10 mindən çox ev quşunun tələf olduğunu qeyd edilib.