Zakir Həsənovdan Akara başsağlığı

Zakir Həsənovdan Akara başsağlığı
Gündəm 06 Fevral 2023 09:43

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə milli müdafiə naziri Hulusi Akara başsağlığı ünvanlayıb.

“Sitat.info” xəbər verir ki, başsağlığında deyilir:

“Türkiyədə baş verən güclü zəlzələ nəticəsində insanların həlak olması və xəsarət alması xəbərləri məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır. Biz hər zaman qardaş Türkiyənin yanındayıq. Bu faciə nəticəsində həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm. Allah rəhmət eləsin”.