Pakistanda qayıq batdı: 41 tələbə həyatını itirdi
Pakistanın Hayber Paxtunxva əyalətində qayığın bənddə batması nəticəsində həyatını itirən tələbələrin sayı 41-ə yüksəlib.
Rəsmilər həyatını itirən tələbələrin sayının 41-ə yüksəldiyini və ölənlərin əksəriyyətinin uşaqlar olduğunu açıqlayıb.
Suda itən 9 tələbənin axtarışları davam edir, onların sağ qalma şanslarının çox aşağı olduğu deyilir. Mədrəsə tələbələrinin Tanda bəndində əylənmək üçün getdikləri qayıq yanvarın 29-da həddindən artıq yüklənmə səbəbindən batıb.
Nərgiz,
Sitat.info