Zelenskinin Ofisində daha bir istefa

Zelenskinin Ofisində daha bir istefa
Dünya 24 Yanvar 2023 10:21

Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müavini Kirill Timoşenko istefa verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurasındakı mənbəyə istinadən “Ukrainskaya pravda” yayıb.

Məlumata görə, Timoşenkonun əvəzinə bu vəzifəyə Kiyev vilayətinin Hərbi Administrasiyasının rəhbəri Aleksey Kulebanın təyin edilməsi planlaşdırılır.

Eyni zamanda, Sumı, Dnepropetrovsk, Zaporojye və Xerson vilayətlərinin hərbi-mülki administrasiyalarının rəhbərlərinin də istefa verəcəkləri qeyd olunur. Bununla belə, sözügedən şəxslərin istefa səbəbi açıqlanmayıb.

Xatırladaq ki, Ukrayna Prezidentinin Ofisinin müşaviri Aleksey Arestoviç yanvarın 17-si istefa verdiyini açıqlayıb.