Pakistanda sərnişin qatarına bombalı hücum: 18 nəfər yaralandı
Pakistanın Bəlucistan əyalətində relsdə bombanın partlaması nəticəsində sərnişin qatarı relsdən çıxıb və 18 nəfər yaralanıb.
Hücumda lokomotiv də daxil olmaqla qatarın 8 vaqonu relsdən çıxıb, 18 nəfər yaralanıb.
Sitat.info xəbər verir ki, rəsmilər sərnişinlərin təhlükəsiz təxliyyəsi üçün bölgəyə daha bir qatarın göndərildiyini açıqlayıb. Aşan vaqonların relslərdən çıxarılması işləri davam etdirilir. Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Bəlucistanda separatçı hərəkatlar on illərdir ki, davam edir. Pakistanın ən böyük əyaləti olan Bəlucistan ölkədə yoxsulluq səviyyəsinin ən yüksək olduğu yerdir. Əyalət həm də onilliklər ərzində İslamabad hökumətinə qarşı mübarizə aparan separatçı hərəkatların mərkəzidir.
Digər tərəfdən, Pakistan Talibanı son zamanlar hücumlarını artırıb.
Seymur,
Sitat.info