Çinin əhalisi 1961-ci ildən bəri ilk dəfə azalıb
Çinin əhalisi 1961-ci ildən bəri ilk dəfə olaraq 2022-ci ildə 1 milyard 411 milyon 800 minə qədər azalıb.
Kommunist administrasiyasının kənd təsərrüfatını kollektivləşdirməyə cəhd etdiyi 1960-cı illərin əvvəllərində uzun illər davam edən quraqlıq və aclıqdan sonra ölkə əhalisi ilk dəfə olaraq azaldı.
Xatırladaq ki, həmin dövrdə 30 milyon insanın ölümü 1960 və 1961-ci illərdə ölkə əhalisinin azalmasına səbəb olmuşdu.
Seymur Bənnayev,
Sitat.info