Türkiyə səfirliyindən Azərbaycana təbrik mesajı

Türkiyə səfirliyindən Azərbaycana təbrik mesajı
Dünya 14 Yanvar 2023 11:45

Türkiyənin Azərbaycandakı səfirliyi iki ölkə arasında diplomatik münasibətlərin yaradılmasının 31 illiyi münasibətilə paylaşım edib.

“Sitat.info” xəbər verir ki, səfirliyin rəsmi tviter hesabında edilən paylaşımda deyilir:

“Ortaq qədim tarix və dərin mədəni irsə sahib olduğumuz, Şuşa Bəyannaməsi ilə qardaşlıq əlaqələrimizi bütün səviyyələrdə taclandırdığımız Can Azərbaycanla diplomatik əlaqələrimizin yenidən yaradılmasının 31-ci ildönümü mübarək olsun”.