İstanbulun Bağcılar səmtində partlayış baş verdi - Fotolar

İstanbulun Bağcılar səmtində partlayış baş verdi - Fotolar
Dünya 12 Yanvar 2023 18:52

İstanbulun Bağcılar səmtində  yerləşən tekstil sexində partlayış baş verib.

Sitat.info xəbər verir ki, partlayış anı təhlükəsizlik kameralarında əksini tapıb.

Görüntülərdə insanlar düşən şüşə və kərpic parçalarının altında qalmaqdan son anda xilas olduqları məlum olur.

Bağcılar rayon valisi Abdullah Uçgün məsələyə münasibət bildirib:

"Bura tekstil sexidir, ölən və ya xəsarət alan yoxdur"./Qafqazinfo