Rişi Sunak Makronun dəvəti ilə Fransaya gedir

Rişi Sunak Makronun dəvəti ilə Fransaya gedir
Dünya 11 Yanvar 2023 19:06

Böyük Britaniya baş naziri Rişi Sunak Fransaya səfər edəcək.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, səfər Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə baş tutacaq. Sunakın  martın 10-da Fransaya gedəcəyi bildirilir. 

Fransa hökumətindən verilən açıqlamada bildirilir ki, bu, iki lider üçün təhlükəsizlik, iqlim və enerji, iqtisadiyyat, miqrasiya, gənclər və xarici siyasət və  bir sıra sahələrdə əməkdaşlığı genişləndirmək üçün faydalı olacaq”.