Rusiya ordusu bu kəndə nəzarəti ələ keçirdi

Rusiya ordusu bu kəndə nəzarəti ələ keçirdi
Dünya 09 Yanvar 2023 10:44

Rusiya ordusu Donetsk vilayətinin Baxmutskoe kəndinə nəzarəti ələ keçirib.

Sitat.info xəbər verir ki, bu barədə məlumatı Rusiyanın ilhaq etdiyi “Donetsk Xalq Respublikası”nın Ərazilərin Müdafiəsi üzrə Baş Qərargahı yayıb. 

Qeyd edək ki, Baxmutskoe yaşayış məntəqəsi Soledar şəhərindən cənubda Baxmut şəhərinin yaxınlığında yerləşir./Qafqazinfo