Bu şəhər də geri alındı, Ukrayna bayrağı qaldırıldı

Bu şəhər də geri alındı, Ukrayna bayrağı qaldırıldı
Dünya 03 Mart 2022 15:55

Ukrayna Silahlı Qüvvələri Kiyev vilayətinin Buça şəhərini Rusiya hərbçilərindən təmizləyib.

Report “Hromadske”yə istinadən xəbər verir ki, Buçanın administrasiyası qarşısında yenidən Ukrayna bayrağı sancılıb.

Xatırladaq ki, bu gün səhər Ukraynanın Silahlı Qüvvələri Sum vilayəti istiqamətində Rusiya ilə dövlət sərhəd xəttinə çatıb.