Çavuşoğlu: "Ukraynanın ərazi bütövlüyünü tam dəstəkləyirik"

Çavuşoğlu: \"Ukraynanın ərazi bütövlüyünü tam dəstəkləyirik\"
Gündəm 03 Mart 2022 15:02

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ukrayna səfiri Vasili Bodnarı və onun xanımını qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə Türkiyə XİN başçısı "Twitter"də bildirib.

“Ukraynanın siyasi birliyini, suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyirik. Türkiyə vətəndaşlarının təxliyəsi zamanı göstərdikləri dəstəyə görə Ukrayna hakimiyyətinə təşəkkür edirik”, - Çavuşoğlu qeyd edib.