ABŞ-da növbəti silahlı qarşıdurma: 10 yaralı var

ABŞ-da növbəti silahlı qarşıdurma: 10 yaralı var
Dünya 06 Yanvar 2023 18:14

ABŞ-ın Florida ştatında restoranın qarşısında baş verən atışmada ən azı 10 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, Mayami Qardensdəki restoranın qarşısında açılan atəş nəticəsində 10-a qədər insan yaralanıb.

Yaralıların vəziyyətinin məlum olmadığı, lakin ölənlərin olmadığı bildirilib.

Hücum zamanı restoranın qarşısında böyük izdihamın varmiş, hətta restoranın önündə klip çəkilirmiş. Hadisə ilə bağlı istintaq  davam etdirilir.

Səid İsaoğlu,

Sitat.info