İlham Əliyev sərəncam imzaladı

İlham Əliyev sərəncam imzaladı
Gündəm 03 Yanvar 2023 13:31

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Salxab Məmmədovun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sitat.info sərəncamın mətnini təqdim edir:

“Azərbaycan rəssamlıq sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Salxab İsa oğlu Məmmədov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.