Yaponiyada torpaq sürüşməsi: 10 ev dağıldı - Foto

Yaponiyada torpaq sürüşməsi: 10 ev dağıldı - Foto
Dünya 31 Dekabr 2022 14:49

Yaponiyanın Tsuruoka şəhərində torpaq sürüşməsi baş verib.

Sitat.info xəbər verir ki, hadisə zamanı 10 ev dağılıb, 2 nəfər isə itkin düşüb.

Bildirilib ki, hadisə baş verməmişdən əvvəl sakinlərə təxliyə ilə bağlı xəbərdarlıq edilib.

Ərazidə əməliyyat-xilasetmə işləri aparılır./Axar.az