Gürcüstan Aİ-yə üzvlük üçün müraciət edəcək

Gürcüstan Aİ-yə üzvlük üçün müraciət edəcək
Dünya 02 Mart 2022 22:18

Martın 3-də Gürcüstan hökuməti Aİ-yə üzvlük üçün müraciət edəcək.

Ria novosti yazır ki, Bunu hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze brifinqdə bildirib.

“Baş nazir İrakli Qaribaşvilinin rəhbərlik etdiyi Gürcüstan hökuməti artıq Aİ-yə namizəd statusu ilə bağlı ərizə hazırlayır və bu ərizə sabah Gürcüstan hökuməti adından Aİ strukturlarına rəsmi şəkildə təqdim olunacaq”, - deyə Kobaxidze qeyd edib.