Peskovdan sonra Zaxarova da ona cavab verdi

Peskovdan sonra Zaxarova da ona cavab verdi
Dünya 29 Dekabr 2022 14:45

“Rusiyanın Ermənistana İttifaq dövlətinə qoşulması və ölkənin öz ərazisindən Azərbaycana dəhliz verməsi üçün təzyiqlər etməsi barədə yayılan məlumatlar feykdir”. 

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən həftəlik brifinqdə deyib. 

“Əgər onlar belə bir açıqlama verirlərsə və konkret ölkəyə qarşı iddialar səsləndirirlərsə faktlar təqdim etməlidirlər”, - deyə Zaxarova qeyd edib. 

Qeyd edək ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın yerli mediaya verdiyi açıqlamasına görə, Rusiya Ermənistanın öz ərazisindən Azərbaycana dəhliz verməsi və ölkənin Rusiya-Belarus İttifaq Dövlətinə qoşulması üçün İrəvana təzyiq edir. Bunun ardınca, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Qriqoryanın bu açıqlamalarının təxribat xarakterli olduğunu qeyd edib.