Yaponiyada da güclü qar səbəbindən ölənlərin sayı artıb
Yaponiyanın müxtəlif bölgələrində təxminən bir həftədir yağan güclü qar nəticəsində həyatını itirənlərin sayı 17-yə, yaralıların sayı isə 90-a yüksəlib.
Qəzalarda ən az 90 nəfərin yaralandığı açıqlanıb. Şimal-Şərqi Yaponiyanın bir çox bölgəsində mövsümi orta hesabla 3 dəfə qar yağışının qeydə alındığı açıqlandı. Təxirə salınan qatar və təyyarə xidmətlərinin dünəndən etibarən normallaşdığı bildirilib. Dünəndən etibarən elektrik kəsilməsi yaşayan 20 minə yaxın evə elektrik enerjisinin verildiyi qeyd edildi.
Yaponiyada son bir həftə ərzində yağan güclü qar həyata mənfi təsir göstərib, hava, quru və dəmir yolu nəqliyyatında fasilələr yaranıb. Bir çox bölgələrdə elektrik enerjisi kəsilib, əlverişsiz hava şəraitinin tədarük zəncirlərində gecikmələrə səbəb olduğu bildirilir.
Seymur,
Sitat.info