ABŞ-da qar fırtınasından ölənlərin sayı 50-ə çatdı

ABŞ-da qar fırtınasından ölənlərin sayı 50-ə çatdı
Dünya 26 Dekabr 2022 20:36

ABŞ-da qar fırtınası can almaqda davam edir. Ölənlərin sayı günbəgün artır.

Son rəqəmlərə görə, bir neçə gündür davam edən qar fırtınası nəticəsində azı 50 nəfər həlak olub.

Sitat.info xarici mediaya istinadən xəbər verir ki, Nyu-York ştatının qərbində yerləşən,  bir metrdən çox qar yağan Buffalo şəhərində 14 nəfər ölüb.

ABŞ-ın 12 ştatının sakinləri hazırda əlverişsiz hava şəraitindən əziyyət çəkir, yüz minlərlə yerli sakin işıqsız qalıb.

Seymur, 

Sitat.info