Ukrayna ordusu rusların iki silah anbarını partlatdı

Ukrayna ordusu rusların iki silah anbarını partlatdı
Dünya 24 Dekabr 2022 09:55

Dekabrın 23-də Ukrayna SQ Rusiya ordusunun 18 mövqeyinə endirib.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna SQ Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukrayna aviasiyası sutka ərzində Rusiya ordusunun şəxsi heyət və texnikasının 7 toplanma nöqtəsinə zərbə endirib. Raket-artilleriya qoşunları isə şəxsi heyət və texnikanın 11 toplanma nöqtəsinə zərbə endirib. Nəticədə 2 silah anbarı və 2 idarəetmə məntəqəsi məhv edilib./Demokrat.az