İlham Əliyev “Yüksəliş”lə bağlı SƏRƏNCAM imzaladı

İlham Əliyev “Yüksəliş”lə bağlı SƏRƏNCAM imzaladı
Gündəm 20 Dekabr 2022 16:41

Prezident İlham Əliyev 2023-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. 

Sitat.info xəbər verir ki, sərəncama əsasən, 2023-cü ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 000 000 manat ayrılıb.