ABŞ-da ŞOK qərar: TikTok bu səbəbdən qadağan edildi
ABŞ Senatı yekdilliklə "milli təhlükəsizlik narahatlıqları" səbəbindən federal hökumət işçilərinə TikTok-u hökumətə məxsus cihazlara yükləməyi qadağan edən qanun layihəsini qəbul edib.
Bunun layihənin qanuna çevrilməsi üçün əvvəlcə Nümayəndələr Palatasında təsdiqlənməli, sonra isə ABŞ prezidenti Co Bayden tərəfindən imzalanmalıdır.
Qeyd edək ki, ABŞ siyasətçiləri və kəşfiyyat xidmətləri Pekində yerləşən ByteDance Ltd tərəfindən hazırlanmış tətbiqdə şəxsi məlumatların Çin hökumətinə verildiyini və bunun da "milli təhlükəsizliyə təhlükə olduğunu" gündəmə gətirirlər.
TikTok rəsmiləri isə məlumatın heç bir şəkildə Çin hökuməti ilə paylaşılmadığını və hökumətin onlardan belə bir tələb etmədiyini iddia edirlər.
Səid İsaoğlu,
SİTAT.İNFO