Azərbaycanlı etirazçıların qarşısına çıxan sülhməramlıların polkovniki sərxoş imiş - Video

Azərbaycanlı etirazçıların qarşısına çıxan sülhməramlıların polkovniki sərxoş imiş - Video
Gündəm 12 Dekabr 2022 12:28

Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının üzvləri Xankəndi-Şuşa yolunda etiraz aksiyası keçirirlər. Azərbaycanlı ekofəallar Azərbaycan ərazilərindəki sərvətləri qanunsuz istismar olunmasına etiraz edirlər.

Aksiya iştirakçıları sülhməramlıların komandanı Andrey Volkovun əraziyə gəlməsini tələb edirlər.

Andrey Volkov hələ də əraziyə gəlməyib, onun əvəzinə etiraz edən azərbaycanlıların qarşısına çıxan polkovnikin isə sərxoş olduğu üzə çıxıb.

Aksiya iştirakçıları ondan alkoqol qoxusunun gəldiyini də bildiriblər.