Kazarma ərazisində yanğın baş verib

Kazarma ərazisində yanğın baş verib
Dünya 10 Dekabr 2022 20:09

Ukraynanın Krım yarımadasının Sovetski kəndində, kazarma ərazisində yanğın baş verib.

Sitat.info xəbər verir ki, bu barədə "Baza" məlumat yayıb.

Məlumatlara görə, yanğın nəticəsində iki hərbçi yaralanıb, daha 200 nəfər isə başqa kazarmaya yerləşdirilib. Hazırda bu məlumatı təsdiqləyən və ya təkzib edən rəsmi məlumat yoxdur.