Almaniyada insanları girov götürən şəxs öldürülüb

Almaniyada insanları girov götürən şəxs öldürülüb
Gündəm 10 Dekabr 2022 19:24

Almaniyanın Drezden şəhərində insanları girov götürən şəxs polisin keçirdiyi əməliyyat nəticəsində öldürülüb.

Sitat.info xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Polis girovların azad edilməsi zamanı ona atəş açmaq məcburiyyətində qalıb.

Hüquq-mühafizə orqanları həmin şəxsin ruhi xəstə olduğunu güman edirlər.

Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.