Yelena Zelenskaya 2022-ci ilin 100 qadınından biri seçilib
Yelena Zelenskaya və Alla Puqaçova BBC-nin “100 qadın 2022” siyahısına daxil edilib.
Sitat.info xəbər verir ki, BBC “100 Qadın 2022” siyahısını açıqlayıb. Buraya bu il ərzində dünyaya təsir edən, ilham verən və təəccübləndirən qadınlar daxildir. Onların arasında Ukraynanın birinci xanımı Yelena Zelenskaya, həmçinin rusiyalı müğənni Alla Puqaçova da var.
Yelena Zelenskaya Rusiyanın hücumundan Ukrayna mədəniyyətinin təbliği ilə məşğul olub, həmçinin qadın hüquqlarının qayğısına qalıb. Fevralın 24-də müharibə başlayandan sonra, Yelena ölkə ərazisində baş verənlər haqqında həqiqəti çatdırmaq üçün beynəlxalq nəşrlərlə fəal əlaqə saxlayıb. O, həm də ölkəsini silah təmin etmək istəyi ilə ABŞ Konqresinə müraciət edən ilk prezident xanımı olub. İndi Yelena Zelenskaya müharibədən zərər çəkmiş qadın və uşaqlara psixoloji dəstək proqramını həyata keçirir.
Züleyxa,
Sitat.info