ABŞ dini azadlıqlara qarşı şiddətli davranan ölkələrin adını yaydı: İran da siyahıda!
ABŞ "Vaqner"i dini azadlıqları pozduğuna görə “Xüsusi narahatlıq doğuran təşkilatlar” siyahısına əlavə edib
Blinkenin verdiyi yazılı açıqlamada deyilir: "Bu gün Myanma, Çin Xalq Respublikası, Kuba, Eritreya, İran, Nikaraqua, Şimali Koreya, Pakistan, Rusiya, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkmənistan 1998-ci il Beynəlxalq Din Azadlığı çərçivəsində dini azadlıqlara qarşı xüsusilə şiddətli davranırlar. Qanun pozuntularında iştirak etdikləri üçün onları xüsusi narahatlıq doğuran ölkələr kimi təyin edildiyini elan edirəm.
Əlcəzair, Mərkəzi Afrika Respublikası, Komor adaları və Vyetnamın da xüsusi izləmə siyahısında olduğuna diqqət çəkən Blinken, “Əş-Şabab, Boko Haram, Heyət Təhrir əl-Şam (HTS), Husilər, İŞİD-Böyük Sahara, İŞİD-Qərb. Afrika, Camaat Nüsrətül-İslam vəl-Müslimin, Taliban və Mərkəzi Afrika Respublikasındakı fəaliyyətlərinə görə Vaqner Qrupunu dini azadlıqların pozulmasında "Xüsusi Rol oynayan təşkilatlar" kimi təyin edilib.
Blinkenin sözlərinə görə, ABŞ dünyanın hər bir ölkəsində din-inanc azadlığının vəziyyətini yaxından izləməyə və dini təqibə, ayrı-seçkiliyə məruz qalanları müdafiə etməyə davam edəcək.
Nərgiz,
Sitat.info