282-ci gün: Rusiyanın itkiləri açıqlandı

282-ci gün: Rusiyanın itkiləri açıqlandı
Dünya 02 Dekabr 2022 10:49

Ukrayna müharibənin 282-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Rusiya indiyə qədər 90 090 hərbçi, 2 916 ədəd tank, 5 883 ədəd zirehli döyüş maşını, 1905 ədəd artilleriya sistemi, 395 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 210 hava hücumundan müdafiə sistemi, 280 ədəd hərbi təyyarə, 262 ədəd helikopter, 4464 ədəd avtomobil texnikası, 1564 ədəd PUA, 531 qanadlı raket, 16 gəmi/qayıq, 163 xüsusi avadanlıq itirib.