Pakistanda kamikadze özünü partlatdı - 2 ölü, 24 yaralı

Pakistanda kamikadze özünü partlatdı - 2 ölü, 24 yaralı
Dünya 30 Noyabr 2022 11:23

Pakistanın Qvetta şəhərində terrorçu kamikadze özünü partladıb.

Sitat.info xəbər verir ki, hadisə poliomielitə qarşı peyvənd məntəqəsinin yaxınlığında baş verib.

Hadisə nəticəsində 2 nəfər həlak olub, daha 24 nəfər isə yaralanıb. 

Həlak olanlardan biri polis əməkdaşı, biri isə azyaşlı uşaqdır.

/Manset.az