Rusiyada neft məhsulları saxlanılan çənlərdə güclü yanğın

Rusiyada neft məhsulları saxlanılan çənlərdə güclü yanğın
Dünya 30 Noyabr 2022 10:50

Rusiyanın Bryansk vilayətinin Suraj rayonunda ehtiyat neft məhsulları olan 1,8 min kvadratmetr sahədə yanğın baş verib.

Sitat.info xəbər verir ki, bu barədə bölgənin qubernatoru Aleksandr Boqomaz “Telegram” kanalında bildirib:

“Suraj rayonunda neft məhsulları olan çənlər yanır. Hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir. Zərərçəkənlər barədə məlumat daxil olmayıb”.

Yanğının söndürülməsinə 80-dən çox canlı qüvvə və 30-dan çox texnika, o cümlədən yanğınsöndürən qatar cəlb olunub. Həmçinin Rusiya Fövqəladə Hallar Nazirliyinin Bryansk vilayəti üzrə Baş İdarəsinin aviasiya qrupu da hadisə yerinə göndərilib.

/Manset.az