Putinin ən yaxın adamı istefa verdi

Putinin ən yaxın adamı istefa verdi
Dünya 29 Noyabr 2022 12:05

Rusiya Hesablama Palatasının sədri Aleksey Kudrin vəzifəsindən istefa verib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə Kudrin özü açıqlama yayıb.

“Ümumilikdə 25 ilə yaxın dövlət sektorunda çalışmışam. İndi mən geniş mənada özəl təşəbbüslərin inkişafı ilə bağlı olan, eyni zamanda insanlara ciddi təsir göstərən iri layihələr üzərində dayanmaq istərdim. Buna görə də Rusiya Prezidentinə müəyyən edilmiş qaydada müvafiq ərizə təqdim etdim, Hesablama Palatasının sədri vəzifəsini tərk edirəm”, - Kudrin bildirib.

Qeyd edək ki, Aleksey Kudrin Rusiya Prezidenti Vladimir Putinin yaxın adamlarından sayılır.