Almaniyada ciddi səhiyyə böhranı: Apteklərdə əsas dərmanlar tapılmır

Almaniyada ciddi səhiyyə böhranı: Apteklərdə əsas dərmanlar tapılmır
Dünya 28 Noyabr 2022 17:50

Almaniyada dərman qıtlığı yaşanır.

Almaniya Federal Dərmanlar və Tibbi Cihazlar İnstitutu (BfArM) öz saytında  qıtlıq yaşanılan 299 dərmanın siyahısını dərc edib.

Sitat.info xəbər verir ki, qıtlığın səbəbi Çin və Hindistan kimi ölkələrdən kifayət qədər çatdırılma olmamasıdır.

Almaniyada çatışmayan dərmanlar arasında antibiotiklər, diabet dərmanları, xərçəng dərmanları, immunitetlə əlaqəli dərmanlar və ağrı kəsicilər var.

Bild qəzetindəki xəbərdə, Kovid-19 epidemiyası səbəbiylə fabriklərin bağlanacağı haıda tədarük probleminin daha da artacağı açıqlanıb.

 Bildirilib ki, ölkə üzrə apteklərdə hər iki dərman reseptindən biri anbarda tapılmır.

Hülya,

Sitat.info