Son Dəqiqə! Çeçen separat lideri Zakayev Ukraynada ruslara qarşı batalyon yaradıbmış
Çeçen separatçılarının liderlərindən biri Akhmed Zakayevə qarşı Çeçenistanda Ukrayna ərazisində batalyonun yaradılmasında iştiraka görə cinayət işi başlanıb. Bu barədə FSB-nin bölgə üzrə mətbuat xidmətindən bildirilib.
Sitat.info xəbər verir ki, "Rusiya FSB-nin Çeçen Respublikası üzrə İstintaq İdarəsinin materialları əsasında Rusiya İstintaq Komitəsinin Çeçenistan Respublikası üzrə İstintaq İdarəsi tərəfindən Akhmed Khamitovich Zakayev-ə qarşı Rusiya Cinayət Məcəlləsinin 205.4-cü maddəsinin 1-ci hissəsinə əsasən cinayət işi başlanıb.
Məlumatda deyilir ki, Zakayev Ukrayna Respublikasının ərazisində olan "çeçenlərin İçkeriya Respublikasının Silahlı Qüvvələrinin ayrı-ayrı xüsusi məqsədli batalyonu" terror icmasının yaradılmasında iştirak edib.
Məlumata görə, batalyon Rusiya hərbiçilərinə qarşı döyüş əməliyyatları aparmaq üçün yaradılıb.
Səid İsaoğlu,
Sitat.info