Tehranda tələbələr oturaq aksiya keçirdi - Video

Tehranda tələbələr oturaq aksiya keçirdi - Video
Dünya 23 Noyabr 2022 11:07

Tehran Reabilitasiya Elmləri və Sosial Sağlamlıq Universitetinin tələbələri rektorun ofisinin önündə oturaq aksiya keçirib.

Sitat.info xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Etirazçılar həbsdə olan tələbələrin sərbəst buraxılmasını tələb ediblər.

Aksiyası zamanı “Tələbə ölər, zillət qəbul etməz”, “Məhbus tələbə sərbəst buraxılsın” kimi şüarlar səsləndirilib.