Bakıda “Prius” sürücüsü qohumunu bıçaqlayıb, maşınından atdı - ŞOK VİDEO

Bakıda “Prius” sürücüsü qohumunu bıçaqlayıb, maşınından atdı - ŞOK VİDEO
HADİSƏ 20 Noyabr 2022 14:59

Bakı-Sumqayıt şosesində sürücünün sərnişinə xəsarət yetirməsi ilə nəticələnən görüntülər araşdırılıb.

DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Sitat.infoya-ya bildirib ki, əməli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Tural Rəhimov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb.

İlkin araşdırmalarla T.Rəhimovun 1988-ci il təvəllüdlü Ə.Vəliyevi şəxsi münasibətlər zəmnində bıçaqla xəsarət yetirdiyi məlum olub.

Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün müvafiq ekspertiza təyin olunub.

Araşdırmalar davam etdirilir.

Bakıda “Prius” sürücüsü qohumunu bıçaqlayıb, maşınından atdı - ŞOK VİDEO