Ramazan Kadırov axtarışa verildi

Ramazan Kadırov axtarışa verildi
Dünya 17 Noyabr 2022 00:11

Ukrayna Təhlükəsizlik Xidməti Çeçenistan rəhbəri Ramazan Kadırov barəsində axtarış elan edib.

Sitat.info xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi məlumat yayıb.

R.Kadırovun ibtidai istintaqdan yayınan şəxs olduğu bildirilib.

Qeyd edək ki, 26 avqustda Kadırova qarşı “aqressiv müharibə aparmaq” və “Ukrayna sərhədlərini dəyişdirmək üçün fəaliyyət yürütmək” maddələri üzrə ittiham irəli sürülüb.

/Axar.az