“Polşaya hücum etməmişik” - Rusiya Müdafiə Nazirliyi

“Polşaya hücum etməmişik” - Rusiya Müdafiə Nazirliyi
Dünya 16 Noyabr 2022 01:05

Rusiya Müdafiə Nazirliyi Polşanın Ukrayna ilə sərhədinə düşən raketlərlə bağlı açıqlama verib.

“Sitat.info” xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada rus raketlərinin Polşa torpaqlarına düşməsi ilə bağlı ittihamlar təxribat adlandırılıb.

Bildirilib ki, Rusiya tərəfindən Polşa-Ukrayna sərhədindəki hədəflərə heç bir hücum həyata keçirilməyib.

/Qafqazinfo